Avtomobillə vurulan 6 yaşlı qız öldü


Digərləri 12 Okt 2017 09:20:49 297 0

Avtomobillə vurulan 6 yaşlı qız öldü

Oğuzda 6 yaşlı qızı maşın vurub.

Son.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, oktyabrın 11-i saat 19.00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü məlum olub.   Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu minik avtomobili vurub.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.