Ən köhnə messencerlərdən biri fəaliyyətini dayandırır


Digərləri 12 Okt 2017 08:45:00 316 0

Ən köhnə messencerlərdən biri fəaliyyətini dayandırır

Bu il dekabrın 15-də hələ internetin yeni yarandığı dövrlərdə fəaliyyətə başlayan, ən köhnə messencerlərdən biri olan AIM - "AOL Instant Messenger" fəaliyyətini dayandıracaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, messencerin tərtibatçısı ABŞ-ın AOL - "Amerika Online" provayder şirkəti olub.   AİM-in ilk versiyası 1997-ci ildə yaradılıb. Beləliklə, messencer bazarda iyirmi ildən çox fəaliyyət göstərib və rəqiblərin basqısı səbəbi ilə mövcudluğunu dayandırmalı olub.   "Verge" nəşrinin məlumatına görə, statistikaya əsasən, 2006-cı ildə AİM vasitəsilə ABŞ internet istifadəçilərinin yarıdan çoxu yazışma aparıb. O zaman bu messencer "Microsoft" istehsalı olan "MSN Messenger", "Yahoo! Messenger", ICQ kimi messencerlərlə rəqabət aparmalı olurdu.   Hazırda AİM "Yahoo!" və AOL şirkətlərinin birləşməsi nəticəsində yaranmış "Oath" şirkətinə məxsusdur. "Oath" isə ABŞ-ın "Verizon" telekommunikasiya operatorunun tərkibinə daxildir.