Bu ilin sonuna kimi Bakının brendi hazır ola bilər


Digərləri 12 Okt 2017 08:30:00 355 0

Bu ilin sonuna kimi Bakının brendi hazır ola bilər

Bu ilin sonuna kimi Bakının brendinin hazırlanması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Bakının brendinin yaradılması üçün işlər fəal şəkildə aparılır.

K.Quluzadə deyib ki, bununla bağlı dünyanın ən populyar şəhərlərinin, paytaxtlarının brendlərini formalaşdıran 2 beynəlxalq şirkətlə iş aparılır. Hazırda qurum şirkətlərdən hansı ilə əməkdaşlıq edilməsinin daha münasib olduğunu müəyyənləşdirir və onlar arasında seçim aparır: