Superman”in ilk nüsxəsi 9 milyon dollara satıldı!
Digərləri 23 Noy 2025 11:16:00 55 0
Kaliforniyada ötən Milad bayramı ərəfəsində mərhum analarının çardağını səliqəyə salan üç qardaş təsadüfən 1939-cu ilin iyununda nəşr edilmiş "Superman" komiksinin ilk orijinal nüsxəsini tapıblar. Nadir komiksin demək olar ki, zədəsiz şəkildə bu günə qədər gəlib çatması hər kəsi heyrətləndirib.
Bu xəbəri də oxu: Smayla görə tələbəni həbs etdilər
Son.az-ın məlumatına görə, Texasda fəaliyyət göstərən "Heritage Auctions" hərracında həmin nüsxə 9,12 milyon dollara satılıb və bununla da komiks tarixinin ən yüksək məbləğə alıcı tapan əsərinə çevrilib.
Hərrac şirkəti bu satışla bağlı açıqlamasında tapıntını "komiks kolleksiyasının zirvəsi" adlandırıb.
Qardaşlar 2024-cü ildə çardağı təmizləyərkən köhnə karton qutunun içində, hörümçək torlarının arasında altı komiks kitabı aşkar ediblər. Satışa çıxarmaq qərarını verənə qədər bir neçə ay tərəddüd edən qardaşlar nəhayət "Heritage Auctions"la əlaqə saxlayıblar. Bundan sonra hərrac evinin vitse-prezidenti Lon Allen nümunəni qiymətləndirmək üçün San-Fransiskoya gəlib.
Kimliklərini açıqlamaq istəməyən qardaşların 50-60 yaşlarında olduğu bildirilir. Komikslərin isə analarının və onun qardaşının Böyük Depressiya dövrü ilə II Dünya müharibəsi arasındakı illərdə topladığı kolleksiyaya aid olduğu məlum olub.
Alıcı ödənişi də nəzərə alınmaqla 9 milyon dollardan artıq qiymətə satılması nəticəsində bu "Superman" nüsxəsi əvvəlki rekorddan 3 milyon dollar çox dəyərə sahib olub. Müqayisə üçün, ötən il "Action Comics"in ilk sayı 6 milyon dollara satılmışdı.
Kənan Son.az
İlon Mask paylaşdığı yeni video ilə yenidən qlobal diqqəti üzərinə ç
Hollivudun əfsanəvi aktyoru Brüs Uillisin qızı, afaziya diaqnozu qoyulan 70
Türkiyənin ən dəyərli mülklərindən biri sayılan və Bosforun simvolik t
Aktrisa Dilan Çiçek Deniz keçmiş sevgilisi Rafael Cemo Çetinlə yollarını
Goranboyda yaşayış binasının döşəməsi çöküb.
KIA 2020-ci ilin martın 27-dən 2024-cü ilin yanvarın 23-dək istehsal edilmi
Türkiyənin Balıkəsir vilayətində yerləşən Sındırgı rayonunda 3,8 bal
Məşhur aktrisa Məryəm Üzərli şəxsi həyatı və plastik əməliyyat etdi
"Balkanların Nostradamusu" kimi tanınan məşhur kahin Vanqa ölüm�
Ev təmizliyində istifadə olunan vasitələrin üzərindəki təhlükəsizlik
Beynəlxalq alimlər qrupu müəyyən edib ki insanlar özlərini və tərəfda�
Niderlandın Maastrixt Universitetinin alimləri mütəmadi olaraq qızardılmı
Rusiyalı səyyah Yelena Liseykina xarici ölkələrdə təhlükəli qida seçim
Pişiklər aləmi həqiqətən də heyrətamizdir. Burada elə unikal cinslər v
