Türkiyənin “qiymətsiz” malikanəsi satışa çıxarıldı 130 illik qala görkəmli malikanə
Digərləri 23 Noy 2025 10:18:00 49 0
Türkiyənin ən dəyərli mülklərindən biri sayılan və Bosforun simvolik tikililəri arasında yer alan tarixi Zəki Paşa malikanəsi satışa çıxarılıb. Dronla çəkilmiş görüntülərdə hər detalı ilə göz oxşayan, 23 otaqdan ibarət bu möhtəşəm köşk ölkənin lüks daşınmaz əmlak sektorunda "qiyməti olmayan" nadir nümunələrdən hesab olunur.
Bu xəbəri də oxu: Gündə neçə banan yemək olar?
Son.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Bosforun ən elit mövqelərindən birində yerləşən 130 illik bu nəhəng köşk geniş bağ sahəsi, qalaya bənzəyən memarlıq üslubu və Boğaza açılan təsirli panoraması ilə seçilir.
Mülkü idarə edən ailə malikanənin satışına dair daşınmaz əmlak şirkətinə rəsmi səlahiyyət verib.
23 otağı, 5 salonu və 8 vanna otağı olan Zəki Paşa Köşkü uzun müddətdir ki, İstanbul bazarının ən prestijli daşınmaz əmlakları sırasında yer alır. Boğaz xəttindəki digər malikanələrin qiymətinin 2-6 milyard TL arasında dəyişdiyi nəzərə alınarsa, mütəxəssislər bu köşkü "qiyməti müəyyən edilə bilməyən" mülk kimi dəyərləndirirlər.
Sarıyerin Rumelihisarı bölgəsində, Fatih Sultan Mehmet körpüsünün yaxınlığında yerləşən köşk, məşhur memar Aleksandr Vallaurinin layihəsi əsasında Sultan II Əbdülhəmid dövründə "Filinta Mustafa" ləqəbli Tophane marşalı Zəki Paşa üçün inşa olunub. Barokko elementləri və qala görünüşü ilə Boğazın ən heyranedici tikililərindən biri hesab edilir.
Malikanənin hazırda Trabzon əsilli bir ailəyə məxsus olduğu, əsas varisin isə Meliha Baştımar olduğu bildirilir. Beşmərtəbəli bina həm dənizə, həm də geniş bağ sahəsinə açılan planı ilə də diqqət çəkir.
510 kvadratmetrlik ərazidə qurulan köşkün ümumi qapalı sahəsi zirzəmi ilə birlikdə 2489 kvadratmetrə çatır. Hər mərtəbədə 3-4,5 metr aralığında tavan hündürlüyü, böyük salon, mətbəx zonaları, sanitar qovşaqları və altı otaq (onlardan beşi Boğaz mənzərəli) mövcuddur.
Kənan Son.az
Aktrisa Dilan Çiçek Deniz keçmiş sevgilisi Rafael Cemo Çetinlə yollarını
Goranboyda yaşayış binasının döşəməsi çöküb.
KIA 2020-ci ilin martın 27-dən 2024-cü ilin yanvarın 23-dək istehsal edilmi
Türkiyənin Balıkəsir vilayətində yerləşən Sındırgı rayonunda 3,8 bal
Məşhur aktrisa Məryəm Üzərli şəxsi həyatı və plastik əməliyyat etdi
"Balkanların Nostradamusu" kimi tanınan məşhur kahin Vanqa ölüm�
Ev təmizliyində istifadə olunan vasitələrin üzərindəki təhlükəsizlik
Beynəlxalq alimlər qrupu müəyyən edib ki insanlar özlərini və tərəfda�
Niderlandın Maastrixt Universitetinin alimləri mütəmadi olaraq qızardılmı
Rusiyalı səyyah Yelena Liseykina xarici ölkələrdə təhlükəli qida seçim
Pişiklər aləmi həqiqətən də heyrətamizdir. Burada elə unikal cinslər v
"Qarnın şişməsi, gəyirmə və nəfəs almaqda çətinlik həzm sistem
Braziliyada keçirilən COP30 sammitində danışıqlara rəhbərlik edən Türk
Bir vaxtlar təmir edilmiş Ağdaş-Zərdab yolu indi bərbad vəziyyətdədir.
