“Sony” robot it yaradır


Digərləri 12 Okt 2017 08:25:00 331 0

“Sony” robot it yaradır

Yaponiyanın "Sony" şirkəti yeni robot ev heyvanını təqdim etməyə hazırlaşır.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, süni intellektə malik it olacaq.

Bu, şirkətin son 12 ildə ilk tərtibatı olacaq. Yenilənmiş robotu internetə qoşmaq mümkün olacaq. İtin vərdişlərini isə maksimal dərəcədə real düzəltməyə çalışacaqlar.

Özünün robototexnika biznesi dünyasına qayıdışını elan edən "Sony" şirkəti qeyd edib ki, robot-itin proqram təminatı şifrəsi açıq olacaq. Bu isə onun üçün edilir ki, sahibləri istədikləri vaxtı iti proqramlaşdıra bilsinlər.