Windows 10 ən populyar əməliyyat sistemi olacaq


Digərləri 12 Okt 2017 07:51:00 271 0

Windows 10 ən populyar əməliyyat sistemi olacaq

"StatCounter" servisinin məlumatına istinadən  "TechRadar" nəşrinin proqnozuna görə, 2017-ci ilin sonunadək "Windows 10" ən populyar əməliyyat sistemi ola bilər.

Statistikaya görə, 2017-ci ilin sentyabrında masaüstü fərdi kompüter (FK) və noutbukların 39,3%-i "Windows 10" sistemi ilə işləyib ki, bu da ötən ayla müqayisədə 1,43% çoxdur. "Windows 7" sisteminin bazar payı isə 1,11% azalaraq 44% olub.

Son.az ICTnews-a istinadən bildirir ki, bu dinamika saxlanıldığı halda cari ilin noyabrında "Windows 10" sisteminin bazar payı 42,16%-ə yaxınlaşa bilər. Beləliklə, 2,5 il ərzində əməliyyat sistemləri bazarında ilk dəfə lider dəyişmiş olacaq.