23 meqapiksellik kameraks ZenFone V göstərildi
Digərləri 12 Okt 2017 07:11:00 328 0
Tayvanın "ASUS" şirkəti tərəfindən təqdim edilmiş yeni "ZenFone V" smartfonu qabaqcıl foto imkanlara malikdir.
Son.az ICTnews-a istinadən bildirir ki, qurğunun əsas kamerası 23 meqapiksellik təsvir datçikinə, ikiqat LED işıqlandırıcı, 6 elementli optika, təsvirin optik sabitləşməsi sistemi, elektron stabilizator və 0,03 saniyə ərzində işə düşən lazer avtofokusuna malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.
"AMOLED" texnologiyası üzrə hazırlanmış 5,2 düymlük ekranın təsvir ölçüsü 1920x1080 pikseldir. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 32 QB təşkil edir.
Smartfon 2,15 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 820" prosessoru və "Adreno 530" qrafik bloku ilə təchiz edilib. 7,6 mm-lik qalınlığında aparatın çəkisi 147 qr-dır.
Mənbə: milli.az