Futbol üzrə Peru və Kolumbiya yığma komandaları razılaşdırılmış matçda şübhəli bilinirlər - VİDEO
Digərləri 12 Okt 2017 03:39:26 191 0
Komandalar futbol üzrə dünya çempionatının seçmə yarışının son turunun matçında heç-heçə haqqında razılaşıblar
“Report” “Corrieredellosport”a istinadən xəbər verir ki, Peru yığması və Kolumbiya seçməsi futbol üzrə dünya çempionatının seçmə yarışının son turunun matçı zamanı heç-heçə haqqında razılaşıblar.
Bu nəticə kolumbiyalılara mundiala birbaşa vəsiqəni, perululara isə Yeni Zelandiyaya qarşı keçid mərhələsi görüşündə iştirakı təmin edib. Perulular 5-ci pilləni tutmaqla “play-off”da Yeni Zelandiya ilə mundiala çıxmaq uğrunda mübarizə hüququ əldə ediblər.
Matçın gedişi zamanı Kolumbiya yığmasının baş məşqçisi Xose Pekerman Radamelyu Falkaoya bildirib ki, Braziliya seçməsi Çiliyə 3:0 hesabı ilə qalib gəlir, Venesuela yığması isə Paraqvayın qapısına 1 qol vurub. Falkao Peru komandasının oyunçularına yaxınlaşıb və matçı heç-heçə - 1:1 hesabı ilə qurtarmağı təklif edib.
Peru yığmasının kapitanı Paolo Herrero milli komandaya öz komanda yoldaşlarına matçı sakitcə oynayıb qurtarmağa çağırıb. Oyun beləcə heç-heçə qurtarıb.
FİFA-nın hadisənin araşdırılmasına başlayacağı gözlənilir.