Duz gölünə axıdılan çirkab suların qarşısı alınır VİDEO


Digərləri 11 Okt 2017 22:03:00 350 0

Duz gölünə axıdılan çirkab suların qarşısı alınır  VİDEO

Masazır və Novxanı qəsəbələrindən süzülüb gələn çirkab sular birbaşa duz gölünə tökülür.

Son.az bildirir ki, gölə axıdılan çirkab sular əsasən sakinlərin sıx yaşadığı massivlərdən gəlir. Yağış yağanda isə vəziyyət daha da pisləşir. Artıq natəmizliyin aradan qaldırılması üçün işlərə başlanıb.

Dövlət proqramı əsasında çəkilən kanalizasiya xətti həmin problemin aradan qaldırılmasına tam imkan verəcək. Hazırda layihəyə uyğun olaraq Duz gölünün hər üç tərəfindən axıdılan çirkab sularının qarşısı alınır.

Çirkab sular yeni inşa olunan xəttə birləşdiriləcək və Novxanıda inşa olunmuş kollektora qoşulacaq.