İntihar edən gənc yazarın xanımı əsəbləşdi: "İyrənirəm hamınızdan"


Digərləri 11 Okt 2017 19:56:00 377 0

İntihar edən gənc yazarın xanımı əsəbləşdi: "İyrənirəm hamınızdan"

Mərhum yazar Mövlud Mövludun həyat yoldaşı, jurnalist Sevinc Fədai bəyanat yayıb.

Son.az pressclub.az-a istinadla bildirir ki, jurnalist sosial şəbəkədəki profilində onunla həyat yoldaşı arasındakı münasibətdən danışanları qınayıb:

"Teleqraf.com saytı, Murad Köhnəqala, Kəramət Böyükçöl, sizə kim haqq verir ki, Mövludla mənim aramda yaşananları öz versiyanıza uyğun təhlil edəsiniz? Sizin başqa mövzunuz yoxdur? Bu hadisə olmasaydı, nədən yazıb qonorar alacaqdınız, İP yığacaqdınız? Bəs deyil? Lazım olsa, hər şeyi özüm danışardım, deyərdim. Mən danışmayandan sonra siz kimsiniz, mənim ağzımdan çıxmayan sözlərdən müsahibə düzəldirsiniz? Susuram, susuram, susuram, bəsdi də. Bir az ağrıya, dərdə, məhrəmlərə hörmət edin. İyrənirəm hamınızdan!!!".