Tikinti şirkətinə məxsus avtomobilin törətdiyi qəzanın görüntüləri VİDEO FOTO


Digərləri 11 Okt 2017 19:42:00 380 0

Tikinti şirkətinə məxsus avtomobilin törətdiyi qəzanın görüntüləri  VİDEO  FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Son.az ARB TV-yə istinadla xəbər verir ki, Lənkəranın Şürük kəndi ərazisində yol tikinti şirkətində işləyən işçilərə məxsus "Mitsubishi" markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb. Bu zaman Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov xəsarət alıb. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirillər. Fakt araşdırılır.


Xəbərə aid fotolar