Dəməşq yenə "partladı"


Dünya 11 Okt 2017 17:45:00 412 0

Dəməşq yenə "partladı"

Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib.

Son.az Trend-ə istinadən xəbər verir ki, polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib.

Qeyd olunur ki, terrorçular məntəqəyə hücum etmək istəyərkən, onların qarşısı alınıb və həmin an onlar özlərini partladıb.