Güləş millisinin üzvünü güllələdilər


Dünya 11 Okt 2017 14:46:00 306 0

Güləş millisinin üzvünü güllələdilər

2016 Rio Olimpiya Oyunlarında 98 kiloda bürünc medal qazanan güləşçi Cenk İldem dünən axşam avtomobilini idarə edərkən yol verməmək üstündə düşən mübahisə sonrası silahlı hücuma məruz qalıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Cenk İldem mübahisə etdiyi şəxslər tərəfindən ayağından güllələnib.

İki ayağından yaralanan güləşçi xəstəxanaya çatdırılıb. Sağlamlığı ilə bağlı həyati təhlükəsinin olmadığı deyilir.

İstanbulda bir xəstəxanada müalicəsi davam edən güləşçinin əməliyyat olunacağı deyilir.


Xəbərə aid fotolar