Unikal əməliyyat: dünyada hələ belə şiş görünməmişdi FOTO


Digərləri 11 Okt 2017 14:30:00 339 0

Unikal əməliyyat: dünyada hələ belə şiş görünməmişdi  FOTO

Hindistanda unikal cərrahiyyə əməliyyatı gerçəkləşdirilib. Cərrahlar 5,5 kq ağırlığında şişi kəsib götürüblər.

Son.az ABC-yə istinadən bildirir ki, Hindistanın Mumbay şəhərindəki "Lokmanya Tilak Municipal General Hospital at Sion" hospitalında gerçəkləşdirilmiş əməliyyat zamanı 28 yaşlı Mancu Devi nəhəng şişdən qurtulub.

8 saat davam edən əməliyyat zamanı uzunu 31, eni 19 sm, ağırlığı 5,5 kq olan şiş Devinin sağ böyrəyindən ayrılaraq kəsilib.

Devi hospitala yollanaraq üç ildən bəri sağ böyründəki şişdən, ağrılardan şikayətlənmişdi.

Sən demə, səbəb bu nəhəng şişdi.


Xəbərə aid fotolar