Berdıməhəmmədov Putinə it hədiyyə etdi


Dünya 11 Okt 2017 13:43:00 353 0

Berdıməhəmmədov Putinə it hədiyyə etdi

Soçidə səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rusiyalı həmkarı Vladimir Putinə doğum günü münasibətilə it hədiyyə edib.

Son.az Trend-ə istinadən bildirir ki, prezidentlərin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

Q.Berdıməhəmmədov itin adının "Vernıy" (Sadiq) olduğunu deyib: "Bizim bir ümumi dostumuz var - dünya tək olan alabay iti. Bu balaca alabayı bu gün sizə təqdim edirəm".