Prodüser Təranə: "O qadın mənə sevgili olmağı təklif etdi" MÜSAHİBƏ


Şou-biznes 11 Okt 2017 13:33:00 387 0

Prodüser Təranə: "O qadın mənə sevgili olmağı təklif etdi"  MÜSAHİBƏ

Son.az prodüser Təranə Səmədovanın ailem.az-a müsahibəsini təqdim edir:

- Təranə xanım, siz daha çox qalmaqallı prodüser kimi tanınırsınız. Son zamanlar isə şəxsi həyatınızla daha çox gündəmə gəlirsiniz. Maraqlıdır, hazırda həyatınızda kimsə var?

- Sağlam düşüncəli hər bir xanım istəyər ki, həyatı tam olsun. Amma uğursuz nikahım, münasibətlərim gətirib elə yerə çıxarırdı ki, deyirdim, bir daha şəxsi həyatımla bağlı danışmayacam. Sadəcə son zamanlar elə məqamlar baş verir ki, bəzi adamlar elə bilir mən təkəm, ona görə də başqa söhbətlər yaranır. Bunu gizlətməmək qərarına gəldim. Bəli, həyatımda hazırda dəyər verdiyim bir arxa-dayağım var.

- Onunla rəsmi evlilik düşünürsünüz?

- Mən illərdir, tək idim, tək başına övlad böyüdürdüm. Kimlərsə təklif edirdilər, amma qəbul etməməyimin başlıca səbəbi münasibətin ciddi olmamağı idi. Hazırda planımızda evlənməkdir və mənim üçün ən vacibi bu birlikdəliyin rəsmiləşməsidir. Bu yaxınlarda rəsmiləşdirməyə qərar vermişik. Mənim artıq bir dəfə toyum olub və ikinci toy iddiasında deyiləm. Sadəcə birlikdə olduğum insan subaydır. Onun taleyi ilə oynamaq istəmirəm. Əgər valideynləri məni qəbul edəcəklərsə, toy çalınmasının da əksinə gedəsi deyiləm.

- Hazırda bir çox şou-biznes nümayəndəsi razılaşdırılmış evliliklər edir...

- Mən bu cür saxta evliliyə razı olmaram. Əsas qadının xoşbəxt olmağı, ailənin sağlam sütunlar üzərində qurulmasıdır. Görüntü üçün, kiminsə gözündən pərdə asmaq üçün evlənənlərdən deyiləm. Görüntü üçün evlənsəydim, elə birinci ailə həyatımın dağılmasına razı olmazdım.

- Bəs ilk evliliyiniz hansı səbəbdən dağıldı?

- Səbəbi o qədər qəlizdir ki. Mən indiyə qədər bəzi məqamlar barədə susub danışmamışam. İndi də həyatımın yeni astanasında ondan danışmaq istəmirəm. Onu deyim ki, ayrılmağımızı istəyən tərəf mən oldum.

- Müsahibələrinizin birində demisiniz ki, ailədə şiddət görürdünüz. Bu idimi səbəb?

- Şiddət - ayrılmağa qərar vermək üçün olan səbəblərdən sadəcə biri idi. Təbii ki, şiddət də var idi. Mən hətta bu şiddətə ailə həyatımın dağılmaması üçün göz yumurdum. Axırda cana yığıldım ki, bu qədər səbəb var, hələ bir mən döyülməliyəm də?! Yəni ən son səbəb o idi.

- Deyəsən bu səbəblər arasında sonsuzluq da var idi...

- Bəli, bu səbəblərdən biri də sonsuzluq idi. Geriyə dönüb xatırlamaq istəmirəm. O dönəmdə yaşadığım stresslər, problemlər sonradan mənim həyatımda baş qaxıncıma da çevrildi. Boşandıqdan sonra insan olurdu ki, mənimlə ailə həyatı qurmaq istəyirdi, amma mənim sırf o insanla, yəni Kərimlə bir zamanlar evli olduğum üçün bundan vaz keçirdi.

- Bütün bu yaşadıqlarınıza görə peşmansınız?

- Xeyr, həyatımda baş verən heç bir şeyə görə peşman deyiləm. Bunlar mənim həyat dərsim olub. O hadisələr mənim başıma gəlməsəydi, mən yaxşı insanların qədrini bilməzdim. Şükr edirəm ki, sağlamam, Allah mənə sağlam bir övlad nəsib edib.

- Qızınızın dünyaya gəlməsi ilə bağlı sizə cəmiyyət tərəfindən böyük təpkilər olub. Bu cür reaksiyalar olacağını bilərək, nigahdankənar övlad dünyaya gətirməyi necə gözə aldınız?

- Mənim ailəm dağılanda hələ 24 yaşım var idi. Mən normal, sağlam insan həyatını 50 il sayıram. 50 ilin 25-ə doğru addımlayanda düşünürdüm ki, ailə həyatım oldu dağıldı. Övlad sahibi də olmadım ki, həyat stimulum olsun. Mən özümü sonsuz bilirdim. Çünki dəfələrlə müalicə almışdım. Hər dəfə həkimlər deyirdi ki, problem məndədir. Nədənsə kişidə də problem olacağını düşünmürdülər... Ağlıma gəlməyən bir məqamda bildim ki, bətnimdə uşaq var. Həmin vaxt sevgi münasibətində olduğum bir insan var idi. Mən ondan xahiş etdim ki, icazə ver, uşağımı dünyaya gətirim. O da dedi, ya mən, ya uşaq. Dedim, uşağı seçirəm. Sən mənim həyatımdan 3-5 il sonra getsən də, mənə övladım qalacaq. Amma bilmirəm, bu uşağı tələf etsəm, bir daha övlad sahibi ola biləcəmmi?

- Yəni deyirsiniz ki, sonsuzluq hissinə görə bu övladı nə olur-olsun dünyaya gətirmək istəmisiniz?

- Bəli, məhz bu səbəbə görə mən bu uşağı istəyirdim. Düşünürdüm ki, bu övladı itirsəm, bir də ana ola bilməyəcəm. Mən o zaman çox düşünüb bu qərarı verdim və uşağımı dünyaya gətirdim. Gəlib çatdıq uşağa doğum şəhadətnaməsi alma ərəfəsinə. Xəstəxanadan kağız verdilər ki, 10 gün müddətinə VVAQ-a getmək lazımdır. Getdim ora, şəxsiyyət vəsiqəmi verdim, dedilər, sizin 25 yaşınız tamam olub deyə bu vəsiqə dəyişməlidir. Mən də atası ilə bir yerdə getmişdim. O zaman alınsaydı, o, uşağa soyadını verəcəkdi. Amma şəxsiyyət vəsiqəsi düzələn ərəfədə düşündüm ki, bu, subay oğlandır, sabah ailə həyatı qurar, yoldaşı qısqanc olar, oradakı övladları bunu qəbul etməyə imkan verməz. O, 18 yaşına qədər uşağa icazə verməlidir ki, mənimlə ölkədən xaricə çıxsın və sair. Bunlar mənim üçün artıq problemlər idi. Ona görə bütün məsuliyyətləri öz üzərimə götürdüm.

- Bəs indi həyatınızda olan şəxs evləndikdə qızınıza öz soyadını verəcəkmi?