"Kütləvi davada xəsarət alan şagirdin durumu nolmaldır"


Digərləri 11 Okt 2017 13:23:00 317 0

"Kütləvi davada xəsarət alan şagirdin durumu nolmaldır"

Mingəçevir şəhər 13 saylı məktəbin rəhbərliyi şagirdlər arasında baş verən kütləvi davaya münasibət bildirib.

Son.az xəbər verir ki, məktəbin tərbiyyə işləri üzrə direktor müavini İntizar Şirinova report-a baş verən xoşa gəlməz hadisədən hər kəsin təəssüfləndiyini bildirib.

Direktor müavini qeyd edib ki, hadisə yerində olan şagirdlərin bir qrupu münaqişəni yatırmağa çalışsalar da mümkün olmayıb: "Biz də hadisə barədə gec məlumat tutmuşuq, çünki dava dərsdən kənar saatlarda baş verib. Həm də adi zarafat üstündə olub. Doğrudur, hadisə yerində xeyli sayda şagird olub. Lakin biz araşdırdıq ki, onların heç də hamısı davanın iştirakçısına çevrilməyib. Əksinə, bir qrup şagird dalaşanları ayırmağa və münaqişəni sakitləşdirməyə çalışıb. Şükürlər olsun,  xəsarət almış şagirdimiz Murad Musayevin durumu indi normaldır və dalaşanları barışdırmışıq. Hətta Muradın özünə və valideyinlərinə təklif etdik ki, ehtiyac varsa sinfini dəyişdirək, amma razı olmadılar. Ümid edirəm ki, bir də oxşar hadisələrlə qarşılaşmayacağıq."