ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək


Digərləri 11 Okt 2017 12:28:00 273 0

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək.

Bakı. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.