Sumqayıtda oğru dəstəsi zərərsizləşdirildi


Digərləri 11 Okt 2017 12:18:51 335 0

Sumqayıtda oğru dəstəsi zərərsizləşdirildi

Sumqayıtda avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə üzvləri zərərsizləşdirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə  Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib.

Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Azər Güləliyevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyun-sentyabr ayları ərzində şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Dəstənin digər üzvü Elxan Sultanovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əalvə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurlaması da müəyyən edilib.


Xəbərə aid fotolar