Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib


Digərləri 11 Okt 2017 10:07:14 230 0

Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkar edilib.

Bakı. "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkar edilib. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından üzərində "Mega Black Devil P23" sözləri yazılan və hər birində 40 ədəd olmaqla 36 qutu pirotexniki vasitə - petarda, üzərində "Sterminator" sözləri yazılan hər birində 12 ədəd olmaqla 37 qutu fişəng aşkar edilib. Faktla bağlı araşdırma aparılır.