"Azərsu": Güclü yağışlarda Bakıda küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq


Digərləri 11 Okt 2017 09:33:00 91 0

"Azərsu": Güclü yağışlarda Bakıda küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq

“Azərsu” rəhbəri danışdı: güclü yağışlar zamanı Bakıda bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq

Bakı. Elçin Mehdiyev – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov güclü yağıntılar zamanı bəzi küçə və yaşayış massivlərində subasma hallarının baş verməməsi üçün görülən tədbirlərdən danışıb. Trend-in məlumatına görə, Q.Hüseynov bildirib ki, ötən ilin noyabrında Prezident İlham Əliyev Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı və mütəxəssislər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırlayıblar: “Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsi qəbul etdi. Burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu”. “Azərsu” sədri deyib ki, 2017-ci ilin may ayında tikinti-quraşdırma işlərinə başlanılıb və qısa müddətdə 8 ərazidə - Böyükşor, Taşağıl və Məhəmmədi gölləri, Ramana Südçülük Sovxozu, Əhməd Cəmil, Əliyar Əliyev, Yusif Səfərov, Kazımağa Kərimov küçələrində layihələrin icrası yekunlaşıb. Bu layihələr çərçivəsində layihələndirilmiş 17 km-dən çox kollektor və nasos stansiyaları inşa edilib. Q.Hüseynovun sözlərinə görə, Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunub: “Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilib. Subasma hallarının daha çox qeydə alındığı Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir”. Q.Hüseynov vurğulayıb ki, Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 km layihələndirilən kollektorun 1,6 km-lik hissəsi tikilib. O qeyd edib ki, suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək: “Qarşıdakı bir ay ərzində layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bununla da subasma təhlükəsi olan bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda, göllərdə suyun səviyyəsini tənzimləməklə yaşayış evlərinə ziyan vurulma təhlükəsi aradan qaldırılacaq”.
Azərbaycan neftinin qiyməti 58 dolları keçib like
  • 11 Okt 09:32  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti 58 dolları keçib

"Azeri LT CIF" markalı neftin qiyməti 58,11 dollar/barelə bərabər olub

arrow Ətraflı
Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib like
  • 11 Okt 09:31  
Siyasət Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib

Pol Kaqame: "Azərbaycanla humanitar, nəqliyyat və kommunikasiya sahələrind

arrow Ətraflı
Xalq artisti əvvəl ağlayaraq vidalaşdı, amma... like
  • 11 Okt 09:28  
Şou-biznes Xalq artisti əvvəl ağlayaraq vidalaşdı, amma...

Əməkdar artist Murad Dadaşovun təqdim etdiyi "Maşın" realiti-şo

arrow Ətraflı
Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb like
  • 11 Okt 09:27  
Sosial Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb

YPX əməkdaşları hadisəni törədən sürücünün kimliyini müəyyən edə

arrow Ətraflı
Azərbaycan BVF və Dünya Bankı Qrupunun İllik Toplantısında iştirak edəcək like
  • 11 Okt 09:25  
Digərləri Azərbaycan BVF və Dünya Bankı Qrupunun İllik Toplantısında iştirak edəcək

11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta

arrow Ətraflı
Ermənilər iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 116 dəfə pozublar like
  • 11 Okt 09:24  
Siyasət Ermənilər iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 116 dəfə pozublar

Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbayc

arrow Ətraflı
İki avtomobil toqquşdu: like
  • 11 Okt 09:22  
Digərləri İki avtomobil toqquşdu:

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın olub like
  • 11 Okt 09:22  
Digərləri Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın olub

Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzində yanğın olub.

arrow Ətraflı
Bakıda qadın jurnalist avtomobili ilə xanım həkimi vurdu  FOTO like
  • 11 Okt 09:15  
Digərləri Bakıda qadın jurnalist avtomobili ilə xanım həkimi vurdu FOTO

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəql

arrow Ətraflı
Xaçmaz sakini 3 kqdan çox narkotiklə saxlanıldı like
  • 11 Okt 09:07  
Digərləri Xaçmaz sakini 3 kqdan çox narkotiklə saxlanıldı

Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəx

arrow Ətraflı
Yeni zibil qutuları dolanda siqnal ötürür like
  • 11 Okt 08:59  
Digərləri Yeni zibil qutuları dolanda siqnal ötürür

Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin s

arrow Ətraflı
Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda tikilir  FOTO like
  • 11 Okt 08:54  
Digərləri Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda tikilir FOTO

Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində xeyriyyəçi dağ yəhudiləri

arrow Ətraflı
Adriana Lima bir şərtlə türkiyəli sevgilisinə ərə gedəcək like
  • 11 Okt 08:52  
Digərləri Adriana Lima bir şərtlə türkiyəli sevgilisinə ərə gedəcək

Türkiyəli yazar Metin Hara ilə eşq yaşayan braziliyalı model Adriana Lima

arrow Ətraflı