Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?


Digərləri 11 Okt 2017 07:00:00 456 0

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

"Сгущенное молоко" yəni "Qatılaşdırılmış süd"ü sevməyən insan tapmaq mümkün deyil. Lakin çox vaxt xanımlarımız satışda olan qatılaşdırılmış südün əvvəlki "squşonka"ların dadını vermədiyindən şikayətlənirlər.

Son.az bir-birindən ləzzətli qatılaşdırılmışsüd reseptini təqdim edir.

Tərkibi:

I üsul

· 250 ml süd(3.2% yağlılıq) · 1,5 stəkan quru süd · 1,5 stəkan şəkər tozu · 1 paket vanil

Qabın içində ilıq süd, quru süd və vanili tel çırpıcı ilə qarışdırın. Bu qabı su hamamına qoyun(yəni su qaynayan digər qabın içinə, bir şərtlə ki, su qaba toxunmasın). Aşağı odda kütləni ara-sıra qarışdıraraq, təxmini 1 saat qatılaşanadək su hamamında bişirin. Yarım litr ləzzətli qatılaşdırılmış süd əldə edin.

II üsul

· 1 litr süd (3.2% yağlılıq) · 500 qr şəkər tozu · yarım stəkan su