Heyvanı kəsməyin qaydası


Digərləri 10 Okt 2017 23:55:00 463 0

Heyvanı kəsməyin qaydası

Kəsilməsi mümkün olan heyvanların boğazını və sinəsini kəsmək lazımdır. Kəsilməsi mümkün olmayan heyvanları isə bacardığı qədər onu yaralayıb öldürməkdir. Son.az zikr.az-a istinadən bildirir ki, İbn Abbas (A.R.O.) demişdir: "Heyvan boğazından və sinəsindən kəsilməlidir". İbn Ömər, İbn Abbas və Ənəs (Allah onlardan razı olsun) demişlər ki, heyvanın başı kəsilibsə kifayətdir. Rafi ibn Xədic deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim: Ey Allahın elçisi, biz sabah düşmənlə qarşılaşacağıq amma bizim (heyvan kəsmək üçün) bıçağımız yoxdur. Peyğəmbər (S.A.V.) dedi: "Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye. Amma kəsmək üçün işlədilən alət dırnaq və diş olmasın. Dırnaq, həbəşilərin bıçağıdır. Diş isə sümükdür". Həmin vaxt qarşımıza bir dəstə dəvə və qoyun çıxdı. Dəvələrdən biri sürüdən ayrılıb qaçmağa başladı. Bir nəfər onu oxla vurub saxladı. Peyğəmbər (S.A.V.) dedi: "Bu dəvəyə çöl heyvanlarının xüsusiyyətləri keçmişdir. Əgər o sizi yaxına buraxmasa o zaman onu belə edin (oxla vurub kəsməyə cəhd göstərin, əgər bunu da bacarmasanız o zaman öldürüb yeyin)" Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində