Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Daşın nəğməsi” simpoziumu keçirilib FOTO


Digərləri 10 Okt 2017 23:02:00 47 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Daşın nəğməsi” simpoziumu keçirilib  FOTO

Oktyabrın 10-da Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşkilatçılığı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Q Gallery" incəsənət qalereyasının dəstəyi ilə "Daşın nəğməsi" II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatılıb.

İştirakçılar simpozium zamanı Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradıblar.

Əsərlərin təqdimatı mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Simpoziumun iştirakçısı olan heykəltəraşlar təəssüratlarını müxbirimizlə bölüşüblər.

Britaniyalı heykəltəraş Əli Cabbar deyib ki, bu simpoziumda iştirakdan çox məmnundur. "İkinci dəfədir ki, Azərbaycandayam. Burada olduğum müddətdə Bakının gəzməli-görməli yerlərini ziyarət etdim. Simpoziumda müxtəlif ölkələrdən heykəltəraşlarla bir araya gələrək sənət əsərləri yaratmağa çalışdıq. Öz əsərimi ziyarətçilərə təqdim etdiyim üçün çox sevinirəm. Azərbaycanda çox peşəkar heykəltəraşlar var. Biz onlarla səmərəli təcrübə mübadiləsi aparırıq. Bizə yaradılan bu fürsətə görə Heydər Əliyev Fonduna və digər təşkilatçılara təşəkkürümü bildirirəm", - deyə Əli Cabbar bildirib.

Dünyanın əksər ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən türkiyəli heykəltəraş Nəsrin Karacan qeyd edib ki, bu, onun Bakıya ilk səfəridir. O deyib: "Azərbaycanda hər şeydən əvvəl yaradıcı mühitin şahidi oldum. Burada bizim üçün yaradılan şərait çox gözəldir. Mənim simpozium üçün hazırladığım "Ev" adlı işim bir növ Azərbaycanın bizim də evimiz olduğunu izah etməkdir. Biz heykəltəraşlar hər ölkədə fərqli-fərqli əsərlərimizlə çıxış edirik. Burada belə bir əsər yaratmağım mənim üçün olduqca xoşdur. Bizə yaradılan şəraitə görə Heydər Əliyev Fondunun rəhbərliyinə və əməkdaşlarına, eyni zamanda, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk".

Azərbaycanlı heykəltəraş Süleyman Rüstəmov deyib: "Simpoziumda bir çox xarici ölkələrin heykəltəraşlarının əsərləri ilə yanaşı, bizim də sənət əsərlərimiz yer alıb. Mənim əsərimin adı "Səmavi balıq"dır. Əsərimin formatında bir balığın zamanlararası gəzintisindən danışılır. Belə bir simpoziumun ölkəmizdə keçirilməsini yüksək qiymətləndirirəm. Burada eyni sənətin nümayəndələri bir aradadırlar. Onlar qarşılıqlı əməkdaşlıq və sənət mübadiləsi üçün əlverişli zəmin yaradırlar. Bu, eyni zamanda, azərbaycanlı heykəltəraşlara dəstək deməkdir. Əlbəttə ki, belə simpoziumlar ölkəmizdə hələ çox keçiriləcək".

Tədbirdə Azərbaycanın Beynəlxalq Heykəltəraşlar Simpoziumu Alyansına üzv olduğu qeyd edildi.

Xatırladaq ki, "Daşın nəğməsi" Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən "Sevirəm" park kompleksində sərgilənir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Onlar hamamızdan fərqli insanlardır  FOTO like
  • 10 Okt 23:01  
Digərləri Onlar hamamızdan fərqli insanlardır FOTO

Onlar saman, palçıq və keçi dərisindən istifadə edərək saçlarına düz

arrow Ətraflı
Bakıda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb   FOTO like
  • 10 Okt 22:59  
Digərləri Bakıda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb FOTO

Oktyabrın 10-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beyn

arrow Ətraflı
Ruqyə (Quranla müalicə) necə oxunur? like
  • 10 Okt 22:55  
Digərləri Ruqyə (Quranla müalicə) necə oxunur?

Cadunu və sehri batil etmək, qorxu, vəsvəsə, həmçinin müxtəlif xəstəl

arrow Ətraflı
Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb like
  • 10 Okt 22:54  
Dünya Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb

Meşə yanğınları ilə bağlı vəziyyət yaxın vaxtlarda pisləşə bilər

arrow Ətraflı
Şirk nədir? like
  • 10 Okt 22:50  
Digərləri Şirk nədir?

Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir n

arrow Ətraflı
İslam məzhəbləri ilə tanışlıq: like
  • 10 Okt 22:45  
Digərləri İslam məzhəbləri ilə tanışlıq:

Maliki məzhəbinin banisi Əbu Abdullah Malik ibn Ənəs ibn Malik ibn Əbu Ami

arrow Ətraflı
Yenicə ailə quran Rüzgar küçədə dava etdi  FOTO like
  • 10 Okt 22:43  
Digərləri Yenicə ailə quran Rüzgar küçədə dava etdi FOTO

İki həftə əvvəl 2 ildir birlikdə olduğu sevgilisi Tuğba Beyazoğlu ilə

arrow Ətraflı
Dubayın ən varlı uşaqları  FOTO like
  • 10 Okt 22:41  
Digərləri Dubayın ən varlı uşaqları FOTO

İnternetdə tez-tez müxtəlif ölkələrin varlı təbəqəsinin uşaqlarını

arrow Ətraflı
Kaliumla zəngin, ağrı azaldan, həzmə yardım edən – like
  • 10 Okt 22:40  
Digərləri Kaliumla zəngin, ağrı azaldan, həzmə yardım edən –

Keşnişi həm xam və həm də bişmiş halda istifadə etmək bağırsaqlar ü

arrow Ətraflı
Nəvənin toy günü nənəyə etdiyi sürpriz ağlatdı  FOTO like
  • 10 Okt 22:37  
Digərləri Nəvənin toy günü nənəyə etdiyi sürpriz ağlatdı FOTO

İngiltərədə yaşayan 23 yaşlı gəlin Cordan Clever maraqlı addım atıb.

arrow Ətraflı
Müxalifətin mitinqinə qatılan aktyorlar işdən kənarlaşdırıldı like
  • 10 Okt 22:36  
Şou-biznes Müxalifətin mitinqinə qatılan aktyorlar işdən kənarlaşdırıldı

Milli Şuranın oktyabrın 7-də "Məhsul" stadionunda keçirdiyi miti

arrow Ətraflı
Qıcolma: səbəb duz çatışmazlığındadır? like
  • 10 Okt 22:35  
Digərləri Qıcolma: səbəb duz çatışmazlığındadır?

Yaşa dolduqca qıcolma halları daha tez-tez baş verir.

arrow Ətraflı
İsveçrədə ilk “yeməli” robot hazırlanıb like
  • 10 Okt 22:32  
Digərləri İsveçrədə ilk “yeməli” robot hazırlanıb

İsveçrənin Lozanna şəhərindəki Federal Politexnik Məktəbində intellekt

arrow Ətraflı
"Bakıya məxsus olanı Bakıya qaytarmaq lazımdır" like
  • 10 Okt 22:31  
Siyasət "Bakıya məxsus olanı Bakıya qaytarmaq lazımdır"

Oktyabrın 9-da fransalı jurnalist-bloger Conatan-Simon Sellem "Mediapart&

arrow Ətraflı
Onlar rahatlığa çox önəm verirlər  FOTO like
  • 10 Okt 22:30  
Digərləri Onlar rahatlığa çox önəm verirlər FOTO

Bu insanlar evdə, ofisdə, hətta ictmai nəqliyyatda istirahət etməyi, dinc

arrow Ətraflı