Saxta pul satanlar ələ keçdi VİDEO


Digərləri 10 Okt 2017 21:23:00 366 0

Saxta pul satanlar ələ keçdi  VİDEO

Polis saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısını alıb. Nəticədə 4 min manata yaxın saxta pulu dövriyyə buraxmaq istəyən şəxs saxlanılaraq istintaqa cəlb edilib. Lakin həmin şəxs ilkin ifadəsində həmin pulun bir hissəsini restoran və yanacaqdoldurma məntəqələrində xərclədiyini bildirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, saxta pul hazırlayaraq onu satmaq istəyən şəxs saxlanılıb. Bakı şəhər sakini Taleh Xalıqovda saxta pul əsginazları olduğu barədə Səbail Rayon Polis İdarəsinə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində həmin şəxs Parlament prospektində saxlanılaraq idarəyə gətirilib. Taleh Xalıqovun üzərinə baxış zamanı ondan 33 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq və 19 ədəd 10 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta pulların bir qismini paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində istifadə etdiyini bildirib. Faktla bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


Xəbərə aid video