ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirilib (FOTO)


Digərləri 10 Okt 2017 20:41:00 95 0

ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Teatrdan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı beynəlxalq teatr konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitabın təqdimatının ADGTT-da keçirilməsi də əbəs deyil. Çünki bu teatrda Pərvinin 4 əsərinə quruluş verilib və bu tamaşalar nəinki ölkəmizdə, hətta Rusiyanın bir sıra şəhərlərində də uğurla nümayiş edilib. R.Məcid bildirib ki, kitab Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq. Tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev gənc yazarı təbrik edərək bildirib ki, Pərvin ciddi yazılarla özünü təqdim etməyi bacarıb: "Ona cəmiyyətin, elmi ictimaiyyətin, ədəbi mühitin münasibətini görürəm. Pərvin tamam yeni təfəkkürə malik olan, ədəbiyyat havasında yaşayan, düşüncələrində, baxışlarında orijinallıq nümayiş etdirən, heç kəsə bənzəməyən, yeni nəslin ən aparıcı nümayəndələrindən biridir". Ona böyük yaradıcılıq uğurları arzulayan nazir müavini Bakı beynəlxalq teatr konfransında yazıçının yaxından iştirakını yüksək dəyərləndirib. Bildirib ki, o gənc yazar olaraq səmərəli fəaliyyətinə görə bir çox mükafatlara layiq görülü: "Teatr Forumu çərçivəsində gənc yazarla baş tutan tanışlıq onun teatr sahəsindən mütəmadi yazılarına və forumun daimi itirakçısına çevrilməyinə şərait yaratdı. O, teatrsevərləri yaddaqalan yazılarla sevindirir. Bu gün Pərvinin əsərləri paytaxt teatrları ilə yanaşı regionlarda da səhnəyə qoyulur. Onun Anarın yaradıcılığına müraciət edərək dissertatsiya müdafiə etməsi də bizləri çox sevindirir. O, yazıçı, dramaturq, müəllim kimi daim fəaliyyətdədir. Bu fəaliyyətdə ona uğurlar arzulayıram". Tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, xalq artisti, rejissor Ramiz Həsənoğlu, əməkdar incəsənət xadimi Bəhram Osmanov, dramaturq Əli Əmirli, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, Himalay Qasımov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi Pərvinin yazılarının məziyyətlərindən, şəxsi keyfiyyətlərindən söz açıblar. Bildiriblər ki, Pərvin gənc yazar olaraq ədəbiyyata yeni bir nəfəs gətirib. Pərvinin Anarın yaradıcılığına müraciətinin, onu bu qədər dərindən öyrənməyinin bir böyük səbəbi də Anarın hər iki baxımdan dərin fəlsəfəsinin, azərbaycançılıq ideyasının qabarıq olmasındadır. İstər Anar haqqında yazdığı sanballı kitabı ilə, istərsə də bu əsərləri ilə Pərvin nə qədər dərin, tükənməz bir təfəkkürə malik olduğunu göstərir. Sonda müəllif, Pərvin Nurəliyeva ad günü ərəfəsində təqdim edilən kitabın ərsəyə gəlməsində ona dəstək olan hər kəsə dərin təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, insanın ətrafında onu sevən insanlar varsa, sürətlə ötüb keçən illər ona təsir edə bilməz: "Mən özümü peşəkar teatrşünas, dramaturq hesab etmirəm. Kitabda qələmə aldıqlarım sənətə, səhnəyə olan sevgimin nəticəsidir. Bu sənət dünyasında isə mənə dəstək olan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, “525-ci qəzet”in kollektivi , təhsil aldığım və hazırda dərs dediyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin və əlbəttə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliklərinə dərin təşəkkürümü bildirirəm. Xalq yazıçımız Anarın qəhrəmanları, onların hissləri, düşüncələri mənə o qədər mənəvi qida verirdi ki, oradan aldığım enerjini, ruhu həm də bu layihələrə yönəldirdim. İnanıram ki, bu sevgi hər zaman mənimlə olacaq".
Qobustanda AĞIR QƏZA: like
  • 10 Okt 20:38  
Digərləri Qobustanda AĞIR QƏZA:

Qobustan rayonunda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

arrow Ətraflı
"Boşanmaq mənim üçün çətin olmadı" like
  • 10 Okt 20:36  
Digərləri "Boşanmaq mənim üçün çətin olmadı"

Aktyor Bekir Aksoydan boşanan Derya Çavuşoğlu ayrılması ilə bağlı jurna

arrow Ətraflı
Vüqar Rəhimzadə: Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir like
  • 10 Okt 20:29  
Digərləri Vüqar Rəhimzadə: Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir

Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşa

arrow Ətraflı
Bakı zooparkına yeni heyvanlar gətirildi like
  • 10 Okt 20:26  
Digərləri Bakı zooparkına yeni heyvanlar gətirildi

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

arrow Ətraflı
Perihan Savaş yeni serialla ekranlara qayıdır like
  • 10 Okt 20:24  
Digərləri Perihan Savaş yeni serialla ekranlara qayıdır

"Yeşilçam" ulduzu Perihan Savaş illər sonra ekranlara qayıdır.

arrow Ətraflı
Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır like
  • 10 Okt 20:19  
Siyasət Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Mənəvi Də

arrow Ətraflı
Film qəhrəmanlarının "əkiz"inə dönür  FOTO like
  • 10 Okt 20:18  
Digərləri Film qəhrəmanlarının "əkiz"inə dönür FOTO

Kospley fanatı və bloqer Elison Tabbita məşhur filmlərin qəhrəmanlarını

arrow Ətraflı
Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır like
  • 10 Okt 20:14  
Digərləri Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması

arrow Ətraflı
Düşmən idilər, ataoğul oldular  FOTO like
  • 10 Okt 20:12  
Digərləri Düşmən idilər, ataoğul oldular FOTO

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun 3-cü filmi "Hadi be oğlum"u

arrow Ətraflı
Bakı zooparkına qoyun gətiriləcək like
  • 10 Okt 20:11  
Digərləri Bakı zooparkına qoyun gətiriləcək

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

arrow Ətraflı
Nataşa Korolovanın üzünə nə olub?  FOTO like
  • 10 Okt 20:02  
Şou-biznes Nataşa Korolovanın üzünə nə olub? FOTO

Rusiyalı müğənni Nataşa Korolova son paylaşımı ilə sevənlərini kədə

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz regionunda fəal sahibkar qadınlar axtarır like
  • 10 Okt 20:01  
İqtisadiyyat İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz regionunda fəal sahibkar qadınlar axtarır

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzi

arrow Ətraflı
ABŞın sabiq Prezidenti Şimali Koreyaya səfər etmək istəyir like
  • 10 Okt 20:00  
Dünya ABŞın sabiq Prezidenti Şimali Koreyaya səfər etmək istəyir

ABŞ-ın sabiq Prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına s

arrow Ətraflı