Qaz birjasının yaradılması planlaşdırılır


Digərləri 10 Okt 2017 18:24:00 268 0

Qaz birjasının yaradılması planlaşdırılır

Hindistan qazın istehlakının daha da artırılması və yaxın gələcəkdə istehsalçılardan istehlakçılara birbaşa satışın təşkil olunması üçün qaz birjasının yaradılmasını planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft və təbii qaz naziri Dharmendra Pradhan deyib.

Nazir qeyd edib ki, hazırda Hindistanın enerji istehlakında qazın payı 6-7 faiz təşkil edir və ölkə gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük versə də, qaz enerji səbətinin tərkib hissəsi qalmaqda davam edəcək.