Türkiyədə prokuror iş otağında güllələndi


Digərləri 10 Okt 2017 16:57:00 211 0

Türkiyədə prokuror iş otağında güllələndi

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb

Bakı. Orxan Nəbiyev - Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb. Trend-in məlumatına görə, prokurora iş otağında atəş açılıb. Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.