Bakı Təhsil İdarəsi müəllim və valideynlərə


Digərləri 10 Okt 2017 16:40:00 324 0

Bakı Təhsil İdarəsi müəllim və valideynlərə

Oktyabrın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 214 nömrəli tam orta məktəbdə (Ünvan: Ə.Əzimzadə küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.