Mehriban Əliyeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib (FOTO)


Digərləri 10 Okt 2017 15:23:34 174 0

Mehriban Əliyeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Bakı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb. Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb. Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub. Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb. Qeyd edək ki, müasir ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan Aida İmanquliyevanın adı tarixə ilk müsəlman qadın şərqşünas və ərəbşünas alim, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısı kimi düşüb. Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında müasir ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınıb. Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub, fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli zənginləşdirib. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olub.
"Xumar Qədimova mahnımı icazəsiz oxuyub"  Musa Musayev  VİDEO  FOTO like
  • 10 Okt 15:23  
Şou-biznes "Xumar Qədimova mahnımı icazəsiz oxuyub" Musa Musayev VİDEO FOTO

"Elə müğənnilər var ki mahnılarıma müraciət edirlər və heç demi

arrow Ətraflı
OPEC ABŞ-ı şist neft hasilatını azaltmağa çağırıb like
  • 10 Okt 15:17  
İqtisadiyyat OPEC ABŞ-ı şist neft hasilatını azaltmağa çağırıb

ABŞ-da neft hasilatının ilin sonuna qədər 10 mln. barel/gün həddini keç

arrow Ətraflı
Suriya televiziyasının operatoru minaya düşərək ölüb like
  • 10 Okt 15:16  
Dünya Suriya televiziyasının operatoru minaya düşərək ölüb

Həmin minanın terrorçu İŞİD qruplaşmasının qoyduğu ehtimal edilir

arrow Ətraflı
Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq like
  • 10 Okt 15:14  
Digərləri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə h

arrow Ətraflı
Şamaxıda ərarvad döyüldü  FOTO like
  • 10 Okt 15:13  
Digərləri Şamaxıda ərarvad döyüldü FOTO

Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb.

arrow Ətraflı
Milli üçün 4 milyonluq mükafat like
  • 10 Okt 15:13  
İdman Milli üçün 4 milyonluq mükafat

2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionat

arrow Ətraflı
Tanınmış meyxanaçıdan inanılmaz sözlər: "Narkotikə şirnikləndirmək üçün məni..." like
  • 10 Okt 15:09  
Şou-biznes Tanınmış meyxanaçıdan inanılmaz sözlər: "Narkotikə şirnikləndirmək üçün məni..."

Çoxdandır görünməyən tanınmış meyxanaçı Mehman Əhmədli sükutu pozu

arrow Ətraflı
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin qardaşı həbs edilib like
  • 10 Okt 15:05  
Dünya Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin qardaşı həbs edilib

Nartay Dutbayev general-leytenant rütbəsi və dövlət mükafatlarından da m

arrow Ətraflı
"Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib" like
  • 10 Okt 15:00  
Digərləri "Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib"

"Ötən 8 ayın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir

arrow Ətraflı
9 ayda ƏƏSMN-nin e-xidmətlərinə 7 milyondan çox müraciət edilib like
  • 10 Okt 15:00  
Digərləri 9 ayda ƏƏSMN-nin e-xidmətlərinə 7 milyondan çox müraciət edilib

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidm

arrow Ətraflı
"Muğam axşamları" davam edir like
  • 10 Okt 14:55  
Kriminal "Muğam axşamları" davam edir

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" adlı  möhtəş

arrow Ətraflı
Azərbaycanda teatr direktoru və baş rejissor işdən çıxarıldı like
  • 10 Okt 14:52  
Digərləri Azərbaycanda teatr direktoru və baş rejissor işdən çıxarıldı

"Yuğ" Dövlət Teatrının direktoru Tərlan Rəsulov və baş rejiss

arrow Ətraflı