Katalonya parlamenti binasının yerləşdiyi park bağlanıb


Dünya 10 Okt 2017 14:13:54 314 0

Katalonya parlamenti binasının yerləşdiyi park bağlanıb

Bu gün əyalət başçısı parlamentə gedəcək

İspaniyanın Kataloniya əyalətinin polisi Barselonada parlament binasının yerləşdiyi Syutadel parkını təhlükəsizlik baxımından bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı əyalətin hüquq-mühafizə orqanları yayıb.

İnformasiyaya əsasən, oktyabrın 10-u Bakı vaxtı ilə saat 20.00-da əyalətin başçısı Karles Puçdemon parlamentə gedəcək. Onun çıxış edəcəyi mövzu hələ ki, məlum deyil.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada “müstəqilliklə bağlı referendum” keçirilib. “Referendum”u bir çox dövlət, o cümlədən Azərbaycan qanunsuz adlandıraraq, İspaniyanın ərazi bütövlüyünü tanıdıqların bildiriblər.