Astarada güclü sel körpünü uçurdu FOTO


Digərləri 10 Okt 2017 13:50:00 262 0

Astarada güclü sel körpünü uçurdu  FOTO

Astara rayonunun Ovalə kəndində güclü sel fəsadlar yaradıb.   

Son.az xəbər verir ki, kənd sakinləri APA-ya bildiriblər ki, bir neçə gün öncə gələn güclü sel kənddə dəmir konstruksiya ilə tikilmiş körpünü yuyub aparıb. Nəticədə digər yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bu körpüdən təkcə Ovalə deyil, qonşu Ağ körpü kəndinin sakinləri də istifadə edib. Bu barədə aidiyyatı qurumlara məlumat verilib.


Xəbərə aid fotolar