Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı


Dünya 10 Okt 2017 12:22:00 305 0

Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı

Suriyada Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Su-24" təyyarəsi havaya qalxan zaman qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarə heyəti katapult edə bilməyib və həlak olub.

Qəza Hmeymim aviabazasında baş verib. İlkin məlumatlara görə, qəzaya təyyarədəki texniki qüsurlar səbəb olub.