Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib


Digərləri 10 Okt 2017 11:25:00 302 0

Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib

"Bu gün insanlar nəinki 70, 80 yaşı deyil, 90 yaşı adlamaq istəyirlər. Bu da olduqca düzgün yanaşmadır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan fizioloqlarının V qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün qlobal dünyada biotibbi sahədə sensor fiziologiyasının tətbiqi üçün geniş tədqiqatlar aparılır.

A.Əlizadə deyib ki, Azərbaycan alimləri də bu sahədə tədqiqatlarını genişləndirməlidirlər.

Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bildirib ki, hazırda multidissiplenar tədqiqatlara geniş yer ayrılır.