Nazir müavini işdən çıxarıldı Qazaxıstanda


Dünya 10 Okt 2017 11:13:00 281 0

Nazir müavini işdən çıxarıldı  Qazaxıstanda

Qazaxıstanın yanacaq bazarında yaranan çətinliyə görə bu ölkənin energetika nazirinin müavini Aset Maqauovu işdən çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Bakıtcan Sagintayev bildirib.

O qeyd edib ki, energetika naziri Kanat Bozumbayevə töhmət verilməsi barədə də Qazaxıstan prezidentinə təklif verib.

Qeyd edək ki, "Sputnik" agentliyinin Qazaxıstan bölməsi məlumat yayıb ki, əhalinin "Ai-92" markalı benzini almaqla bağlı çətinlik çəkib, bu markalı benzini yalnız bir şirkətin yanacaqdoldurma məntəqəsindən nağd almaq mümkün olub. Digər şirkətlərin yanacaqdoldurma mntəqələrində isə bu markalı yanacağın satış həcmi məhdudulaşdırılıb, benzin talonla və yanacaq kartı ilə satılıb. Energetika naziri deyib ki, dekabrda "Ai-92" markalı benzinin idxal payının 20%-ə qədər azaldılması planlaşdırılır. Nazirlik hesab edir ki, noyabr-dekabr aylarında vəziyyət və benzinin qiyməti sabitləşəcək.