Kaliforniya alovlandı ən azı 10 ölü VİDEO FOTO


Digərləri 10 Okt 2017 09:56:00 369 0

Kaliforniya alovlandı  ən azı 10 ölü  VİDEO  FOTO

ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən meşə yanğınlarında ən azı 10 nəfər həlak olub.

Son.az USA Today-ə istinadən bildirir ki, alov artıq yüzlərlə evi viran qoyub. Yerli dövlət qurumları on minlərlə amerikalının təcili təxliyəsinə başlayıblar.

Yanğınsöndürənlər alovu nəzarət altına ala bilmirlər.

Tələfat barədə məlumatlar Kaliforniyanın Mendosino, Napa və Sonoma bölgələrindən verilib. Yerli hakimiyyət strukturlarının verdikləri xəbərlərə görə, tələfatlar yanğın ocaqlarının çoxsaylı olması ilə bağlıdır.

Kaliforniya qubernatoru administrasiyasının yaydığı məlumata görə, yanğınlar ştatın şimalında təqribən 1500 evi və tikilini məhv edib.

Kaliforniya qubernatoru Cerri Braun ştatın Byutt, Leyk, Mendosino, Nevada, Orinc, Napa, Sonoma və Yuba bölgələrində fövqəladə vəziyyət rejimi tətbiq edib, Milli Qvardiyanı səfərbər edib.