BakıSumqayıt yolunda avtomobil işıq dirəyinə çırpılıb


Digərləri 10 Okt 2017 08:10:00 288 0

BakıSumqayıt yolunda avtomobil işıq dirəyinə çırpılıb

Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində avtomobil işıq dirəyinə çırpılıb.

Son.az "Report"a istinadən bildirir ki, Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcında olan işıq dirəyinə çırpılaraq yarasız hala düşüb. Xəsarət alan sürücü hadisə yerinə çağrılan "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Müayinələr aparılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalar aparılır.