Akkumulyatoru ən çox işləyən smartfon seçildi


Digərləri 10 Okt 2017 08:01:00 290 0

Akkumulyatoru ən çox işləyən smartfon seçildi

Ekspertlər dünyanın ən populyar smartfon modellərinin akkumulyator batareyalarının avtonom iş müddətinin təhlilini aparıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, smartfonlar arasında bu göstərici üzrə ən yaxşı nəticəni avtonom iş vaxtı 10 saat təşkil edən testdən uğurla keçən "iPhone 8 Plus" modeli nümayiş etdirib. Bu göstərici üzrə ikinci yeri "HTC U11" smartfonu tutub.  

Mütəxəssislərin fikrincə, "iPhone 8 Plus" modelinin akkumulyatorunun keyfiyyətli və öz potensialına qənaət edərək işləməsinə qurğuda istifadə olunan "A11 Bionic" prosessoru xidmət edir.

Bundan başqa, ekspertlər tərəfindən "Android" sistemli qurğuların akkumulyator batareyalarının enerjisinin "iPhone" modelləri ilə müqayisədə daha tez bitməsi qeyd olunub. Bununla yanaşı, onların enerji ilə doldurulma prosesinin iki dəfə tez olması üstünlük təşkil edir.