Ən zəif süni intellekt bilindi


Digərləri 10 Okt 2017 07:22:00 298 0

Ən zəif süni intellekt bilindi

Çindən olan tədqiqatçılar qrupu müəyyənləşdirib ki, "Apple" şirkətinə məxsus "Siri" süni intellekti ən zəif "ağıllı assistentdir". Bu haqda "Business Insider" nəşri yazıb.

Son.az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər müxtəlif süni intellekt sistemlərinin intellekt əmsalını qiymətləndiriblər. 2016-cı ildə 47,3 bal toplamış "Google"un assistenti lider olub. İntellekt səviyyəsinə görə növbəti yerləri "Baidu" (33 bal), "Microsoft Bing" (32) və "Siri" (24) tuturlar. Mütəxəssislər qeyd ediblər ki, 6 yaşlı uşağın intellekt əmsalı orta hesabla 55,5 bal təşkil edir.

"Siri" - "iOS", "watchOS", "macOS" və "tvOS" sistemlərinin tərkibinə daxil olan şəxsi köməkçidir. O, ilk dəfə 2011-ci ildə "iPhone 4s" qurğusunda tətbiq edilib.