Microsoft Edge genişlənir


Digərləri 10 Okt 2017 07:11:00 332 0

Microsoft Edge genişlənir

"Microsoft" korporasiyası "iOS" və "Android" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün "Edge" brauzerini təqdim etmək niyyətindədir. Bu barədə korporasiyanın rəsmi bloqunda deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki,  "Edge" mobil versiyası "Windows 10" əməliyyat sistemli kompüter və smartfon arasında informasiyanı tez ötürməyə imkan verəcək. Məsələn, istifadəçilər digər qurğuda açılan səhifələrə baxa, eləcə də yaddaşda saxlanılmış parolları sinxronlaşdıra biləcəklər.

Məlumata görə, hazırda beta versiya şəklində mövcud olan "Edge" mobil brauzerini "TestFlight" əlavələrin sınağı servisi vasitəsilə yükləmək mümkündür. Bundan başqa, proqram hələlik planşetlərlə işi dəstəkləmir.

Testlərdə iştirak üçün istifadəçilərdən "Microsoft" rəsmi saytında qeydiyyatdan keçmək tələb olunur.