"O qazandığı puldan gətirib mənə verir, mən də..." Ramal etiraf etdi


Şou-biznes 09 Okt 2017 20:20:00 405 0

"O qazandığı puldan gətirib mənə verir, mən də..."  Ramal etiraf etdi

Mill.Az bildirir ki, ARB Ulduz-un "Şou məkan" proqramının budəfəki qonağı müğənni Ramal İsrafilov olub. Yay mövsümündə, ümumiyyətlə, istirahət etmədiyini söyləyən müğənni Ramal İsrafilov daşı daş üstə qoyub işçi arı kimi bir işləyib ki, gəl görəsən. "Tətil etmədim mən. Albom üzərində hazırlıqlar gedir. Bu albomda xeyli mahnı olacaq, ancaq dəqiq sayını bilmirəm. Hamısı da yeni mahnılardır. Albomdakı mahnılar Xalq şairlərinin, tanınmış şairlərin sözlərinə bəstələnmiş mahnılar olacaq. Böyük bir tədbir keçirəcəm". Murad Arif müsahibələrinin birində, sandığını bağlıyıb yazdığı mahnıları ancaq özü oxuyacağını desə də, Ramal hələ ki, belə bir fikirdə olmadığını söylədi. "Öz mahnılarıma sahib ola bilirəm. Dərk edirəm ki, kimlər necə oxuya bilər. Ona görə də belə bir fikrim yoxdur. Yazdığım mahnıları özüm də oxuyuram, başqalarına da təklif edirəm. Deyirlər ki, ən yaxşı mahnılarını Ramal özü oxuyur. Ancaq yaxşı-pis söhbəti yoxdur. Mahnını  yazıram və bilirəm ki, hit olacaq. Bu mənim mahnımdır. Ancaq sıradan bir ifaçı gəlib çıxır, oxuyur, 3-4 milyon izləyici toplayır". Ramal, bəs yazdığın mahnıları müğənnilərin qara qaşına, qara gözünə baxıb verirsən, yoxsa cibinin qalınlığına? "Çalışdığım müğənnilər var. Yetərincə populyardırlar. Onlar məndən mahnı istəyəndə aramızda o söhbətlər olmur. Mən biznesmen olsaydım, oturub hamısını dəvət edərdim ki, hansı müğənninini sevirəm hədiyyə verim. Mən biznesmen deyiləm, musiqiçiyəm. Yazdığım mahnı o müğənnilərə toy gətirir, məşhurluq gətirir. O qazandığı puldan gətirir mənə verir, mən də onlardan qazandığım pula aranjiman elətdirirəm, geyinirəm. Elə müğənnilər var ki, mahnıları özüm hədiyyə etmişəm. Əlimdə elə mahnılar var ki, onun sahibləri var. Bir neçə gün öncə Sevda Yahyayeva bir mahnı istədi məndən. Çalışacam onu yazım. Elə mahnı olsun ki, Sevdaya yaxşı pul "oxuya" bilim də". Müğənni, önünə çıxana mahnı ötürmədiyini, bəstələrini ancaq qarşısındakı adamı dinlədikdən və yoxladıqdan sonra verdiyini dilə gətirdi. "Mən mahnını yazıb müğənnilərə oxutduranda üzərində dayanıram. Çox hörmət bəslədiyim sənətkar da olsa, mahnını mən necə yazıramsa, dəvət edirəm həmin müğənnini studiyaya, razılaşır, elə də oxuyur. Birinci, müğənni ilə mən canlı-canlı söhbət edirəm. Onun tembrinə qulaq asıram. Nəyi yaxşı oxuya bilər bunu müəyyənləşdirirəm". Hər zaman konsert anonsu versə də, alınmayan konsertlərinin təəssüfünü çəkən müğənni bunun üçün heç vaxt küsmədiyini, əksinə daha çox işlədiyini söylədi. "Bu il konsert verəcəm, bu il konsert verəcəm, deyirəm. Amma konsertlərim alınmayıb. Heç vaxt da küsməmişəm, işimi dayandırmamışam. Hər il nələrsə dəyişilib. Mən birkonsert üçün 20 mahnı seçmişdimsə, hər il də təzə mahnılarım çıxır, onları da əlavə edəndə gərək 4-5  saatlıq konsert edim ki, bu qədər mahnını həmin konsertə sığışdıra bilim. Sənətçi olaraq bu xalq məni yüksəldib. Mən də çox çalışıram. Tənbəl olduğumu söyləyirlər. Ancaq çox çalışıram.

Mill.Az


Xəbərə aid fotolar