Murad Arif: "Qəhrəmanlıq uşaq doğubtökmək deyil"


Şou-biznes 09 Okt 2017 18:12:00 350 0

Murad Arif: "Qəhrəmanlıq uşaq doğubtökmək deyil"

Müğənni-bəstəkar Murad Arif sosial şəbəkədəki maraqlı paylaşımı ilə diqqət çəkib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladını atan valideynlərə məsləhət verib:

"Qəhrəmanlıq uşaq doğub-tökmək deyil... Bu fiziki prosesdir, bütün canlılara xasdır. Valideyn olmaq - doyurmaq, sıcaq yuvada, sevgiylə böyütmək, tərbiyə və təhsil verə bilməkdir! Arzuolunmaz hamiləlikdən qorunma yolları var... Uşaqlara yazığınız gəlsin. Uşağın sayına deyil, keyfiyyətinə fikir verin".