“Azəravtoyol": Yolların təmirindən əvvəl aidiyyəti qurumlara müraciət olunur


Digərləri 09 Okt 2017 15:43:00 317 0

“Azəravtoyol": Yolların təmirindən əvvəl aidiyyəti qurumlara müraciət olunur

Yolların təmirindən əvvəl aidiyyəti qurumlara mütləq şəkildə müraciət olunur.

Bakı. Yollar, küçə və prospektlər yenidən qurulan zaman, təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur. “Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər-hansı bir işin aparılmasının zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə, o zaman qurum tərəfindən təmir işlərinə başlanılır. İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.