İqtisadiyyat üzrə 2017-ci il Nobel mükafatının laureatı məlum olub


Digərləri 09 Okt 2017 14:03:00 245 0

İqtisadiyyat üzrə 2017-ci il Nobel mükafatının laureatı məlum olub

İsveçin paytaxtı Stokholmda iqtisadiyyat üzrə Nobel mükafatının laureatı məlum olub

Bakı. İsveçin paytaxtı Stokholmda iqtisadiyyat üzrə 2017-ci il Nobel mükafatının laureatı məlum olub. Trend-in məlumatına görə, bu mükafata ABŞ-lı iqtisadçı Riçard Taler layiq görülüb. O, “davranış iqtisadiyyatı” sahəsində apardığı tədqiqatlara görə bu mötəbər mükafatı əldə edib. Qeyd edək ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildən təltif edilir.