Faciələrdən 500 min dollar qazanmış polis cəzalandı FOTO


Digərləri 09 Okt 2017 13:51:00 363 0

Faciələrdən 500 min dollar qazanmış polis cəzalandı  FOTO

İngiltərənin Liverpul şəhərindəki Kral Məhkəməsində polis zabiti Naycel Munqurun işi ilə bağlı proses başa çatıb. Hakimin qərarı ilə o, əmlakı müsadirə olunmaq şərtilə 5 il müddətinə azadlıqdan məhrum olunub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 40 yaşlı N.Munqur ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilib.

İstintaq materiallarına görə, 2010-cu ildən bəri N.Munqur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 500 min dollar qazanıb. O, Liverpul şəhərindəki avtomobil qəzaları barədə operativ məlumatları polis heyəti hadisə yerinə yollanana qədər özəl təcili yardım və sığorta şirkətlərinə ötürüb.

Özəl şirkətlərin xidmətlərindən "istifadə"yə görə faciə qurbanlarının ailə üzvləri və yaxınların sonradan həmin şirkətlərə böyük məbləğdə "servis haqqı" ödəməli olublar.

Bundan başqa, N.Munqur qəza və faciə quranları barədə konfidensial məlumatları özəl şirkətlərə satıb.


Xəbərə aid fotolar