Lukaşenko Azərbaycanın müdafiə naziri ilə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib


Digərləri 09 Okt 2017 13:30:00 313 0

Lukaşenko Azərbaycanın müdafiə naziri ilə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Bakı. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Trend-in məlumatına görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib. Belarus Prezidenti həmçinin, iki xalqın qardaşlıq münasibətlərini də vurğulayıb: “Biz azərbaycanlılara çox böyük hörmətlə yanaşırıq. Biz Azərbaycana və onun xalqına daha da firavan və təhlükəsiz yaşayışı üçün öz köməyimizi etməyə hazırıq. Biz yalnız bu nəcib məqsədləri izləyəcəyik”.