"Tufandağ"da turistlərə şok xəbərdarlıq:


Digərləri 09 Okt 2017 13:12:41 390 0

"Tufandağ"da turistlərə şok xəbərdarlıq:

Qəbələ şəhərində yerləşən "Tufandağ" istirahət mərkəzindəki kanatın kabinlərində siqaret çəkən şəxslərlə bağlı xəbərdarlıq elanı yapışdırılıb.    Son.az azxeber.com-a istinadən xəbər verir ki, xəbərdarlıqda kabinlərdə tüstü detektorunun olduğu və siqaret çəkən şəxslərin 5 min dollar məbləğində cərimələnəcəkləri qeyd edilib.    Qeyd edək ki, sözügedən xəbərdarlıq son illər Azərbaycana axın edən ərəb turistlərin ən çox Qəbələyə üz tutması ilə bağlıdır. İraq, BƏƏ, Bəhreyn, Küveyt və Qətərdən gələn turistlərin xəbərdarlıqlara məhəl qoymamaları bu cür cəzanın tədbiq edilməsinə səbəb olub. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar