İran ABŞ-ı hədələdi: "Sepah" terror təşkilatları siyahısına daxil edilərsə...


Digərləri 09 Okt 2017 13:10:00 274 0

İran ABŞ-ı hədələdi: "Sepah" terror təşkilatları siyahısına daxil edilərsə...

İranın İslam İnqilabı Keşikçiləri Korpusu terror təşkilatları siyahısına daxil ediləcəyi təqdirdə Tehran ABŞ-a qarşı qəti addımlar atacaq

Bakı. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) terror təşkilatları siyahısına daxil ediləcəyi təqdirdə Tehran ABŞ-a qarşı qəti addımlar atacaq. Tren-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. O bildirib ki, İran ABŞ-ın bu cür addım atmaqla strateji səhvə yol verməyəcəyinə ümid edir. Qeyd edək ki, bir müddət əvvəl Korpusun komandanı Məhəmməd Əli Cəfəri İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ tərəfindən terror təşkilatı adlandırılacağı təqdirdə, İranın da ABŞ hərbçilərinə terrorçu kimi yanaşacığını bəyan ertmişdi.