Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı FOTO


Digərləri 09 Okt 2017 13:06:12 315 0

Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı  FOTO

Tarix dərsliyində Azərbaycanın "Böyük Ermənistan"ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb.

Son.az bakupost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib

Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal" şirkəti tərəfindən təqdim olunan bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır".

Məlum olduğu kimi, dərs vəsaitlərinin çapı Təhsil Nazirliyinin nəzarəti ilə həyata keçirilir.


Xəbərə aid fotolar